Mədəni diplomatiya: ABŞ komissiyası Rusiya ilə barışıq təklif edir...

24 May 2026 18:34 (UTC+04:00)

...Mədəniyyət Rusiya-Amerika münasibətlərinin normallaşdırılması üçün təməl ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikri ABŞ Təsviri İncəsənət Komissiyasının sədri Rodni Mims Kuk bildirib.

O, RİA Novosti agentliyinə verdiyi müsahibədə ədəbiyyat, balet və muzey fəaliyyətlərinin iki xalqı bir-birinə yaxınlaşdırmaq və dialoqu yeniləmək üçün ideal vasitələr olduğunu vurğulayıb.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) iştirak etməyi planlaşdıran Kuk, humanitar əlaqələrin bərpası üçün hələ çox iş görülməli olduğunu etiraf edib.

Onun özü uzun müddətdir ki, Rusiya ilə sıx əlaqələrə malikdir: ekspert Yeni Qüds Monastırı kimi ikonik yerlərin bərpasında fəal iştirak edir, Dünya Abidələr Fondu üçün məsləhətlər verir və Silah Palatasından Yasnaya Polyanaya qədər ölkənin ən böyük mədəniyyət müəssisələrində mühazirələr oxuyurdu.

Əli Babayev