İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma

24 May 2026 14:47 (UTC+04:00)

İspaniyanın Bilbao hava limanında İstanbuldan gedən “Sumud flotiliyası”nın fəalları ilə polis arasında qarşıdurma baş verib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdəki paylaşımlara görə, iştirakçılar qrup şəkili çəkdirərək gəliş zonasının çıxışını bağlayıblar.

Polis onları dağıtmağa çalışıb və bu, qarşıdurmaya səbəb olub. Altı ispaniyalı fəaldan dördünün saxlanıldığı bildirilir.

Qeyd edək ki, mayın 21-də flotiliyanın bütün iştirakçıları İsraildən öz ölkələrinə deportasiya ediliblər. Bu, İsrailin milli təhlükəsizlik naziri Ben-Qvirin fəallar qarşısında çıxışından sonra beynəlxalq hiddətə səbəb olub.