Sabah İmişli və Saatlı rayonları ilə Sabirabad şəhərinin qaz təminatında fasilə yaranacaq

24 May 2026 13:16 (UTC+04:00)

İmişli və Saatlı rayonlarının, Sabirabad şəhərinin və rayonun bir sıra kəndlərinin qaz təminatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə SİA-ya "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Qeyd olunub ki, fasilə saat 09:00-dan işlər yekunlaşanadək davam edəcək.