Məşhur aktyor ölü tapıldı...

24 May 2026 05:06 (UTC+04:00)

İtkin düşmüş 45 yaşlı "Netflix" aktyoru Stüart Maklin Kanadada ölü tapılıb.

Məlum olub ki, o bir müddət əvvəl itkin düşmüş şəxs kimi axtarışa verilib. Maklinin meyiti yaşadığı əraziyə yaxın olan Lions Bay bölgəsində aşkarlanıb.

Məlumata görə, polis hadisə ilə bağlı araşdırma aparır. İstintaq qrupunun nümayəndəsi bildirib ki, Maklinin 15 may 2026-cı il tarixinədək olan hərəkət trayektoriyası araşdırılır, kamera görüntüləri və şahid ifadələri toplanır.

Mətləb