Bu tarixdə Türkiyədə 17 milyon ev təbii qazla təmin ediləcək

24 May 2026 02:04 (UTC+04:00)

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "A Haber"in canlı yayımında mühüm fikirlər səsləndirib. Türkiyəli nazir əhalinin təbii qaza olan tələbatı ilə bağlı rəqəmlər səsləndirib.

"Qara dənizdə 2028-ci ildə üçüncü faza ilə birlikdə təxminən 17 milyon evin təbii qaz ehtiyacını öz qazımızla ödəyəcək vəziyyətə gələcəyik", - o bildirib.

Mətləb