Trampdan ABŞ bayrağı ilə rənglənmiş İran xəritəsi - PAYLAŞIM

23 May 2026 22:04 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp yenə qalmaqallı paylaşımla diqqət mərkəzinə düşüb. Belə ki, Ağ Ev rəhbəri silueti ABŞ bayrağı ilə rənglənmiş İran xəritəsini paylaşıb. Amerika lideri bu barədə özünə məxsus "Truth Social" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Xəritədə Yaxın Şərq ölkələrinin hamısı əks olunub. Digər dövlətlərin siluetləri ağ rəngdə göstərilsə də, İranın silueti ABŞ bayrağının rənglərinə boyanıb. Xəritənin üzərində isə “Yaxın Şərqin Birləşmiş Ştatları?” sözləri yazılıb.

Mətləb