Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samux rayonu, Çobanabadlı kəndində vətəndaşın quyuda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. SİA xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1988-ci il təvəllüdlü Rauf Ələddin oğlu Fərmanlı 20 metrə yaxın dərinliyi olan quyuya düşüb, xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı quyudan çıxararaq xilas ediblər.
Mətləb