“Gələcəyin rəssamlarının fırçasında WUF13" adlı rəsm sərgisi açılıb - FOTOLAR

23 May 2026 19:26 (UTC+04:00)

2026-cı il mayın 20-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda “Ortaq Dəyərlər” İctimai Birliyinin Bakı şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə “Gələcəyin rəssamlarının fırçasında WUF13" adlı rəsm sərgisi təşkil edilib.

SİA xəbər verir ki, sərgidə yaradıcılıq mərkəzinin 20 yetirməsinin çəkdiyi əsərlər nümayiş etdirilib. Rəsmlərdə müasir dövrdə şəhərsalmaya xas olan elementlər, inklüzivlik, yaşıl enerjinin tətbiqi, işğaldan azad edilmiş ərazilərdə ağıllı yaşayış məskənlərinin salınması kimi mövzular əks olunub.