Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

23 May 2026 17:12 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 864,9 milyonmanat olub.

Bu barədə SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 5,8 % çoxdur.

Dörd ayda özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,1 %-i hüquqi şəxslərin, 49,9 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

O cümlədən, hüquqi şəxslər üzrə dövriyyənin dəyəri əvvəlki ilin eyni dövrünə nisbətən 4,1 % artaraq 430,6 milyon manat olub.