Emin Əmrullayev tacikistanlı həmkarı ilə görüşüb

23 May 2026 16:41 (UTC+04:00)

Elm və təhsil naziri Emin Əmrullayev mayın 23-də Tacikistanın təhsil və elm naziri Rahim Saidzoda ilə görüşüb.

Bu barədə SİA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş çərçivəsində Tacikistan ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə edilib.