Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əmlak sığortası üzrə 88,229 milyon manat sığorta haqqı toplanılıb.
SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,6 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 14,375 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 7,4 % çoxdur.
4 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 16,3 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 18,9 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 610,216 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən 3,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 304,353 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 31,6 % çoxdur.
Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 39,3 manat olub.