Azərbaycanda külək enerjisinin istehsalı 58 dəfədən çox artıb

23 May 2026 10:44 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda külək elektrik stansiyalarında 327,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

SİA xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin 4 ayı ilə müqayisədə 58,5 dəfə çoxdur.

Hesabat dövründə günəş elektrik stansiyalarında 121,8 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 6 % azdır.

Bu ilin 4 ayında ölkədə 8 milyard 527,6 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin ilk eyni dövrü ilə müqayisədə 3 % azdır. Bunun 8 milyard 273,6 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 2,5 % azdır.

Bunun 920 milyon kVt/saatı su elektrik stansiyalarının (il ərzində 13,5 % azalıb), 6 milyard 816,9 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının (- 5,5 %), 87,4 milyon kVt/saat biokütlə və tullantıların yandırılmasından alınan elektrik enerjisi (+17,7 %) istehsalının payına düşür.