Marko Rubio Hakan Fidanla Hörmüz boğazını müzakirə edib

23 May 2026 00:04 (UTC+04:00)

ABŞ Dövlət katibi Marko Rubio NATO xarici işlər nazirlərinin toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

SİA Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, tərəflər Ankarada keçiriləcək NATO Zirvə Toplantısı ilə bağlı məsələləri, müdafiə xərclərinin artırılmasının və müdafiə istehsalını genişləndirməyin vacibliyini müzakirə ediblər.

Onlar, həmçinin Hörmüz boğazının açılması və regional sabitlik barədə danışıblar.

Mətləb