WUF13-ün uğurla keçirilməsində BMT Baş katibinin müavini Amina J. Mohammedin iştirakı, eləcə də BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraçı direktoru Anacláudia Rossbachın liderliyi və tərəfdaşlığının mühüm rol oynadığı bildirilib.
SİA xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev tədbirin bağlanış mərasimində danışıb.
Anar Quliyev qeyd edib ki, güclü tərəfdaşlıq sayəsində WUF13 inklüzivliyi, dialoqu və dayanıqlı şəhər gələcəyinə dair ortaq öhdəliyi əks etdirən mühüm platformaya çevrilib.
O vurğulayıb ki, forumun yüksək səviyyədə təşkili komandanın fədakarlığı və operativ fəaliyyəti nəticəsində mümkün olub: “Siz müstəsna fədakarlığınız və yorulmaz səylərinizlə arzuları nailiyyətə çevirdiniz və bu genişmiqyaslı forumun uğurla keçirilməsini təmin etdiniz”.