Rus milyarderin sirli ölümü...

22 May 2026 20:44 (UTC+04:00)

...Artıq bizdən əvvəl də xəbər verildiyi kimi, mayın 20-də 53 yaşlı milyarder Mixail Smirnov Rusiyada avtomobil qəzasında ölüb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata gör, ölümündən bir müddət əvvəl o, bütün aktivlərini Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko ilə əlaqəli olan “Bank Sankt-Peterburq”a köçürüb.

Bu barədə Rusiya xüsusi xidmət orqanlarına məxsus olduğu güman edilən nüfuzlu Rusiya nəşriyyatı VChK-OGPU məlumat verib.

Rəsmi versiyaya görə, Smirnov motosiklet sürərkən qarşı zolaqda hərəkət edən “Havai” markalı avtomobilə çırpılıb. Qəzanın şahidi olmayıb. Milyarder özü təcili yardım gələnə qədər hadisə yerində ölüb.

Smirnov, digər şeylərlə yanaşı, neft məhsulları ixrac edən “Baltic Fuel Company” şirkətinin həmtəsisçisi olub.

Onun 2024-cü il tarixinə olan sərvəti təxminən 7,8 milyard rubl təşkil edirdi.

...Ölümündən bir neçə ay əvvəl o, bütün şirkətlərin təsisçisi vəzifəsindən istefa verib.

VChK-OGPU yazır bunu.

O, həmçinin tutduğu bütün vəzifələrdən də istefa verib. Həm aktivlər, həm də mövqelər “Bank Sankt-Peterburq” və Matvienko ailəsinə yaxın şəxslərə köçürülüb.

Əli Babayev