Bugün Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun bağlanış mərasimi keçirilir - FOTOLAR

22 May 2026 15:19 (UTC+04:00)

Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumu – WUF13-ün bağlanış mərasimi bu gün keçirilir.

SİA xəbər verir ki, 17–22 may tarixlərini əhatə edən forumun yekun günü çərçivəsində tədbirdə “Bakı Çağırışı” sənədinin qəbul olunması və bir həftə ərzində aparılan müzakirələrin nəticələrinin ümumiləşdirilməsi gözlənilir.

WUF13 çərçivəsində dünya ölkələrindən gələn minlərlə nümayəndə şəhərsalma, mənzil təminatı, iqlim dəyişiklikləri və dayanıqlı inkişaf kimi mövzular üzrə fikir mübadiləsi aparıb. Forumun əsas məqsədi qlobal mənzil böhranına qarşı birgə həll yollarının tapılması və daha inklüziv, təhlükəsiz şəhərlərin formalaşdırılmasıdır.

Bağlanış mərasimində həmçinin müxtəlif panel müzakirələrin nəticələrinin təqdim olunması, tərəfdaş ölkələrin çıxışları və forumun yekun hesabatının açıqlanması nəzərdə tutulur.

Qeyd edək ki, WUF13 Azərbaycan hökuməti və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən birgə təşkil olunub və 40 mindən çox iştirakçını bir araya gətirib.