Azərbaycan Respublikasının hökumətinə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) yüksək səviyyədə təşkilinə, qonaqpərvərliyə və liderliyə görə təşəkkür bildirilib.
SİA xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraçı Direktoru Anaklaudia Rossbach WUF13-ün yekun mətbuat konfransında deyib.
O qeyd edib ki, forum qlobal şəhərsalma gündəliyində mühüm platformaya çevrilib və geniş beynəlxalq iştirakla yadda qalıb.
Bildirilir ki, tədbirdə 57 000-dən çox iştirakçı qeydə alınıb, 176-dan çox ölkədən nümayəndə onlayn formatda qoşulub.
Forumda 11 dövlət və hökumət başçısı, 88 nazir, 76 nazir müavini və 120 mer iştirak edib, ümumilikdə 579 sessiya təşkil olunub.
Urban Expo çərçivəsində 260 iştirakçı və innovasiya nümayəndəsi təmsil olunub, sərgi 74 000-dən çox ziyarətçi qəbul edib.
UN-Habitat rəhbəri vurğulayıb ki, WUF13-də mənzil böhranı, dayanıqlı şəhərlər və iqlim dəyişikliklərinə uyğunlaşma əsas müzakirə mövzuları olub.
O əlavə edib ki, “Marrakeş Mədəniyyət Fəaliyyəti” forumun yekun nəticələrini əks etdirən mühüm sənəd kimi qəbul olunub və gələcək qlobal siyasətlərə istiqamət verəcək.