Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) indiyədək onlayn format daxil olmaqla 58 mindən çox iştirakçı qeydə alınıb.
SİA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bildirib.
forum qlobal əməkdaşlığın gələcək inkişafı üçün mühüm platforma rolunu oynayıb və burada 400-dən çox spiker çıxış edib. Onların 60-ı Azərbaycandan olub.
Bildirilib ki, WUF13 çərçivəsində gələcəyin şəhərsalma əməkdaşlığının əsaslarının qoyulduğu, bir sıra mühüm yeniliklərin təqdim edildiyi qeyd edilib.
Azərbaycanın sədrliyi ilə keçirilən və “Yeni Şəhərsalma Gündəliyi”nin icrasının nəzərdən keçirildiyi yenilənmiş nazirlər görüşü forumun əsas mərhələlərindən biri kimi qiymətləndirilib.
Məlumata görə, tədbirdə 111 ölkə iştirak edib. Onlardan 80-i nazir və nazir müavini səviyyəsində, digər ölkələr isə səfir və yüksək vəzifəli rəsmilər səviyyəsində təmsil olunub.