“İçərişəhərdə yeni restoranların açılmasına hazırda dəstək verilmir“ - RÜFƏT MAHMUD

22 May 2026 13:24 (UTC+04:00)

İçərişəhərdə yeni restoranların açılmasına hazırda dəstək verilmir. Qoruq İdarəsinin məlumatına görə, əsas diqqət mövcud restoranların xidmət keyfiyyətinin yüksəldilməsinə yönəlib.
SİA xəbər verir ki, bu sözləri xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhərlərdə Rəqəmsal Transformasiya" adlı tədbirdə deyib.

Bildirilib ki, artıq böyük restoranların sayı kifayət qədərdir və bu səbəbdən yeni obyektlərin açılması məqsədəuyğun hesab edilmir. Eyni zamanda, bəzi restoranların yalnız turistlərə yönəlməsi onların davamlı fəaliyyətinə mənfi təsir göstərir. Qoruq İdarəsi restoran və hotellərlə mütəmadi görüşlər keçirərək onların problemlərinin həllinə dəstək göstərir.

Qeyd olunub ki, İçərişəhər turist və yaşayış zonalarına bölünüb. Cənub hissə əsasən turistlər üçün nəzərdə tutulub və burada muzeylər və restoranlar cəmləşib. Yaşayış zonası isə əsasən Şirvanşahlar Sarayı ətrafını əhatə edir. Bu yanaşma turist axını ilə yerli sakinlərin rahat yaşayışı arasında balansın təmin edilməsinə xidmət edir.