“Yaş fərqi ilə qurulan münasibətlər hər zaman cəmiyyətin diqqət mərkəzində olub. Xüsusilə qadının kişidən yaşca böyük olduğu evliliklər bəzi insanlar tərəfindən daha çox müzakirə edilir və bəzən qınaqla qarşılanır”.
Bu sözləri SİA-ya açıqlamasında sosioloq Fatimə Hacıbəyli deyib.

O bildirib ki, bunun əsas səbəblərindən biri illərlə formalaşmış stereotiplər və ənənəvi düşüncə tərzidir:
”Uzun müddət kişinin ailədə yaşca böyük olması “normal” model kimi qəbul edildiyi üçün fərqli seçimlər bəzi insanlarda təəccüb yaradır. Halbuki münasibətin uğurlu olması yaşdan daha çox qarşılıqlı hörmət, sevgi, anlayış və ortaq dəyərlərlə bağlıdır.
Müasir dövrdə insanların münasibətlərə baxışı dəyişir. Artıq bir çox insan üçün əsas məsələ yaş fərqi deyil, xarakter uyğunluğu, güvən və birlikdə xoşbəxt ola bilməkdir. İnsanları şəxsi seçimlərinə görə mühakimə etmək yox, fərqli baxışlara anlayışla yanaşmaq daha sağlam yanaşma hesab olunur”.
Ayşən Vəli