Qarabağ münaqişəsinin başa çatmasından sonra 425 nəfərin mina və partlayıcı hadisələrinin qurbanı olduğu bildirilib.
SİA xəbər verir ki, bu fikirləri ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov World Urban Forum 13 çərçivəsində keçirilən “Münaqişədən Sonra Şəhər Yenidənqurması: Humanitar Mina Təmizlənməsinin Kritik Rolu” adlı sessiyada səsləndirib.
Vüqar Süleymanov qeyd edib ki, aktiv hərbi əməliyyatlar dayansa da, minalar və partlamamış sursatlar mülki əhali üçün ciddi təhlükə olaraq qalır.
O vurğulayıb ki, minalardan təmizləmə aparılmadan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesinin tam şəkildə həyata keçirilməsi mümkün deyil.