"Böhtan atanları şir qəfəsimə salacam" - Ermənistanda seçki GƏRGİNLİYİ

22 May 2026 01:21 (UTC+04:00)

Ermənistanda seçki gərginliyi pik həddə çatıb. "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qagik Çarukyan partiyasının deputatlığa namizədi Andranik Tevanyana qarşı casusluq ittihamları ilə bağlı sübut tələb edib və hakimiyyəti hədələyib.

SİTAT: "Andranik Tevanyan mənim dostum və həmkarımdır. Bütün komandamız onun yanındadır. Qoy onun casus olduğunu sübut etsinlər. Əgər sübut edə bilmirlərsə, bu böhtana görə məsuliyyət tələb edirik. Əgər sübut edə bilirlərsə, mən şəxsən dostumu güllələyəcəyəm. Sübut etmirlərsə, onda böhtan atanların mənim şir qəfəsimə girməsinə icazə verin", - deyə o qeyd edib.