“Gənclər və uşaqların yaşaya biləcəyi şəhərlər üçün daha güclü addımlar lazımdır” - Anaklaudia Rossbach

21 May 2026 14:07 (UTC+04:00)

“Bir sıra problemlər gənclərə öz həyatlarını qurmaqda ciddi çətinliklər yaradır. Onlar anlayırlar ki, nə kirayə, nə də ev almaq üçün kifayət qədər imkanları yoxdur. Nəticədə nə iş qura bilir, nə də təhsilə lazımi diqqət ayıra bilirlər”.

SİA xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbach Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən müzakirədə deyib.

O bildirib ki, bu vəziyyət şəhər mühitində gənclərin real ehtiyaclarının daha dərindən anlaşılmasını tələb edir: “UN-Habitat olaraq bu məsələnin əhəmiyyətini anlayırıq və müxtəlif təşəbbüslər həyata keçirmişik”.

Rossbach qeyd edib ki, qadınlar, gənclər və uşaqlar üçün yönəlmiş proqramlar mövcuddur, lakin bu kifayət deyil.

Onun sözlərinə görə, forum bu sahədə daha geniş əməkdaşlıq və effektiv həllərin hazırlanması üçün mühüm platformadır.