“Mənzil yoxsulluğun aradan qaldırılmasında və uzunmüddətli iqtisadi rifahın formalaşdırılmasında həlledici rol oynayır. Mənzil təminatı rifahın artmasının əsas şərtlərindən biridir”.
SİA xəbər verir ki, bu fikirləri UN-Habitat proqramının rəhbəri Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – World Urban Forum 13 çərçivəsində “Mənzil böhranın aradan qaldırılması və yenidənqurmanın əsası kimi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, mənzil sektoruna yatırılan investisiyalar iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biri hesab olunur.
Anaklaudia Rossbax qeyd edib ki, xüsusilə böhran və münaqişələrdən sonra icmaların bərpasında mənzil siyasəti mühüm rol oynayır və sosial dayanıqlığın güclənməsinə töhfə verir.