"Mançester Yunayted"i tərk edib bu kluba keçir

21 May 2026 04:06 (UTC+04:00)

Braziliyalı yarımmüdafiəçi Kazemiro İngiltərənin "Mançester Yunayted" klubundan ayrıldıqdan sonra karyerasını ABŞ-də davam etdirmək istəyir. Bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkədəki paylaşımında məlumat yayıb. Jurnalistin iddiasına görə, təcrübəli futbolçu İngiltərə Premyer Liqasında mayın 24-də keçiriləcək son turdan sonra "İnter Mayami" klubu ilə müqavilə imzalamağı planlaşdırır.

Mətləb