"Rusiyanın sayəsində mövcudluğunuzu qorudunuz" - Şoyqudan ermənilərə MESAJ!

20 May 2026 23:06 (UTC+04:00)

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Təhlükəsizlik Şurasının xüsusi işçi qrupunun iclasında Ermənistanı hədəf alan açıqlama yayıb. S.Şoyqu dolasıyı ilə ötən əsrin 90-cı illərində Ermənistanın Kremlin himayəsi ilə mövcudluğunu qoruduğunu etiraf edib.

SİTAT: “Rusiyanın səyləri sayəsində Ermənistan 1990-cı illərdə suverenliyini qoruyub saxladı. Məhz Rusiyanın vasitəçiliyi 2020-ci ildə döyüşlərin dayandırılmasına və vəziyyətin sülh yolu ilə həllinə qayıtmasına imkan verdi", - Şoyqu qeyd edib.
Mətləb