"Azərbaycan və Gürcüstan strateji əməkdaşlığı gücləndirir" - ŞƏRH EDİLDİ

20 May 2026 16:39 (UTC+04:00)

"Hazırda regionda inkişaf prosesləri davam edir və bir sıra mühüm məsələlər gündəmdədir. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat və logistika sahələri əsas prioritetlər sırasında yer alır".

Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq münasibətlər üzrə tədqiqatçı Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, bu kontekstdə Gürcüstanla əlaqələr xüsusi əhəmiyyət daşıyır: "Gürcüstanın enerji təminatı, o cümlədən qaz və elektrik enerjisi sahəsində uzunmüddətli əməkdaşlıq məsələləri ön plana çıxır. Bu istiqamətdə 20 illik müqavilələrin uzadılması və yeni razılaşmaların imzalanması enerji sabitliyi baxımından vacib addım kimi qiymətləndirilir.

Eyni zamanda, nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi, xüsusilə logistika sahəsində mövcud problemlərin həlli region ölkələri üçün strateji əhəmiyyət daşıyır.

Ümumilikdə, Azərbaycan və Gürcüstan arasında aparılan müzakirələr və əldə olunan razılaşmalar regionun ən vacib strateji istiqamətlərinin inkişafına xidmət edir".