“Bakı çox təmiz və qonaqpərvər şəhərdir” - Saran Soenq

20 May 2026 16:26 (UTC+04:00)

“Şəhər çox təmizdir, infrastrukturu yaxşıdır və burada insanlar olduqca mehribandır. Dünən şəhərdə gəzərkən bir qədər azmışdım. Müraciət etdiyim insanlar qalacağım yerə necə getməli olduğumu ətraflı izah etdilər”.

Bu sözləri SİA-ya açıqlamasında xarici sərgi iştirakçısı Saran Soenq deyib.

O bildirib ki, Bakıda gördüyü memarlıq nümunələri onda böyük maraq doğurub: “Xüsusilə kub formasında, üst-üstə yerləşdirilmiş bloklardan ibarət olan bina diqqətimi çəkdi. Həqiqətən çox gözəl və fərqli görünür”.

Saran Soenq qeyd edib ki, şəhərdəki kitab və sərgi materialları da yüksək keyfiyyəti ilə seçilir: “Kitabın həm məzmunu, həm də memarlıq və dizayn baxımından çox cəlbedici görünməsi məni sevindirdi”.

Xarici qonaq Bakının ümumi atmosferindən razı qaldığını vurğulayıb: “Mühit çox xoşdur, insanlar mehribandır, şəhər təmizdir və yeməklər də münasib qiymətədir”.