“Peru Amazonunda ailələr daşqınlara görə saatlarla çay yolu ilə hərəkət edir” - BLANCA MUJİCA

20 May 2026 14:09 (UTC+04:00)

“Qlobal Cənub QHT Platformasının üzvü olaraq Perunu təmsil edirəm. Eyni zamanda Nyu-Yorkda yerləşən İctimai Siyasət və Diplomatiya Araşdırmaları İnstitutunun Perudakı direktoru və Peru Amazonunda kənd icmaları ilə çalışan Equa4G təşkilatının həmtəsisçisiyəm”.
SİA xəbər verir ki , bu sözləri “Mənzil və şəhər dayanıqlılığı mövzusunda ictimai müzakirələrin aparıcı qüvvəsi kimi media” panel sessiyasında Blanca Mujica bildirib.

Onun sözlərinə görə, çıxışıma bir çox insanın hələ də görmədiyi reallıqla başlamaq istəyirəm. Peru Amazonunun bəzi bölgələrində ailələr daşqınlar səbəbindən saatlarla çay yolu ilə hərəkət etməyə məcbur qalır. Evlər zədələnir, uşaqlar məktəbə gedə bilmir, səhiyyə xidmətlərinə çıxış isə daha da məhdudlaşır. Bu icmaların xaricində isə çox zaman heç kim onların yaşadıqlarından xəbər tutmur.

Son humanitar hesabatlara görə, Peruda son iqlim fövqəladə halları zamanı baş verən güclü yağışlar və daşqınlar nəticəsində 100 mindən çox insan zərər görüb. Xüsusilə Loreto kimi həssas bölgələrdə minlərlə ev, məktəb və səhiyyə müəssisəsi dağılıb və ya ciddi ziyan alıb.

Məhz buna görə media çox vacibdir. Çünki görünməzlik də bir növ həssaslıq və müdafiəsizlik deməkdir. Peruda baş verən son iqlim böhranları zamanı sosial media və yerli icma reportajları bu problemlərin görünməsinə imkan yaratdı. Ailələr su altında qalan evlərin, dağılan məktəblərin və daşmış çayların videolarını paylaşdılar. Beləliklə, uzun müddət diqqətdən kənarda qalan reallıqları artıq görməməzlikdən gəlmək mümkün olmadı”.