Elm və təhsil naziri müavininin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

20 May 2026 11:09 (UTC+04:00)

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin mayın 22-də Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Nazirlikdən SİA-ya bildirilib ki, qəbulun tarixi barədə əlavə məlumat veriləcək.

Qəbulda Ağdaş rayon sakinlərinin iştirakı nəzərdə tutulub. Qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.