“Azərbaycan intensiv yağışlar zamanı ekstremal hava şəraitinə çevik hazırlıq reaksiyası verdi” - ANAKLAUİDİA ROSSBAX

20 May 2026 11:14 (UTC+04:00)

“İqlim dəyişikliklərinin yaratdığı təhlükələr mənzil təminatı və şəhərsalma siyasətinin əhəmiyyətini daha da artırır”.

SİA xəbər verir ki , bu sözləri , BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “İqlim-mənzil əlaqəsi: bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?” mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda dünyada bir milyarddan çox insanın təmiz suya çıxışı yoxdur.

“Azərbaycan bir neçə gün əvvəl müşahidə olunan intensiv yağışlar zamanı ekstremal hava şəraitinə qarşı çevik və hazırlıqlı yanaşma nümayiş etdirdi. Yağıntının miqdarı normanı xeyli üstələmişdi. Buna baxmayaraq, tədbirə ev sahibliyi edən ölkənin vəziyyəti effektiv şəkildə idarə etdiyini gördük. Bu gün dünyada milyonlarla insan yalnız suya deyil, həm də elektrik enerjisi kimi əsas xidmətlərə çıxış imkanından məhrum vəziyyətdə yaşayır”,

UN-Habitat-ın icraçı direktoru qeyd edib ki, bu problemlər “Yeni Şəhər Gündəliyi”nin aralıq hesabatında da əks olunacaq. O vurğulayıb ki, qeyri-formal yaşayış məntəqələri ilə bağlı məsələlərin həlli istiqamətində beynəlxalq səviyyədə hələ də ciddi nəticələr əldə olunmayıb və mövcud çətinliklər daha da dərinləşməkdə davam edir”