...ABŞ prezidenti Donald Trampın masasında qalan variantlardan biri Amerika qoşunlarının İranda quru əməliyyatıdır.
SİA xəbər verir ki, bu barədə Konqres qarşısında ifadəsində Dövlət katibinin beynəlxalq məsələlər üzrə köməkçisi Daniel Zimmerman bildirib.
O, Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində qanunvericilərin suallarına cavab olaraq "Prezident bütün mövcud variantları özündə saxlayır" deyib.
"The New York Times" qəzetinin 16 mayda mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ və İsrail bu həftənin əvvəlində İrana qarşı hərbi əməliyyatların mümkün bərpasına hazırlaşırlar.
Bir ssenari ABŞ xüsusi təyinatlı qüvvələrinin yeraltı nüvə materiallarının axtarışı üçün (xüsusən də İsfahan obyektində) yerləşdirilməsidir.
Alternativ variant İran infrastrukturunun daha aqressiv bombalanmasıdır.
May ayının əvvəlində Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn bildirib ki, 50.000-dən çox Amerika əsgəri, iki təyyarədaşıyan gəmi, 10-dan çox esmines və onlarla döyüş təyyarəsi "əgər əmr verilərsə, İrana qarşı əsas döyüş əməliyyatlarını bərpa etməyə hazırdırlar".
Hazırda 82-ci Hava-Desant Diviziyasından 5000 dəniz piyadası və 2000 paraşütçü Yaxın Şərqdədir.
"The New York Times"-a danışan hərbi rəsmilərin sözlərinə görə, bu qüvvələr İsfahanda İranın nüvə materiallarını ələ keçirmək üçün əməliyyat keçirə bilər və həmçinin İran neft ixracının mərkəzi olan Xarq adasını ələ keçirmək üçün istifadə edilə bilər.
Əli Babayev