Simonyan Ukraynanın dron hücumlarından şikayətləndi...

20 May 2026 10:36 (UTC+04:00)

...Rusiya televiziya kanalı RT-nin baş redaktoru və Kremlin ən görkəmli təbliğatçılarından biri olan Marqarita Simonyan bildirib ki, Ukrayna dronlarının müntəzəm hücumları səbəbindən uşaqları uzun müddət dəhlizdə yatmağa məcbur olurlar.

O, bu açıqlamanı Rusiya televiziya kanalında verib və onun bir hissəsi internetdə yayımlanıb.

SİA xəbər verir ki, Simonyanın sözlərinə görə, Rusiyada davamlı dron uçuşları ictimai rəyi dəyişib.

...Dronlar uçur. Bu, xoşagəlməz və qorxuludur, - təbliğatçı deyib.

O, həmçinin bildirib ki, uşaqları hücum qorxusu səbəbindən təxminən bir aydır dəhlizdə və şkafda yatırlar.

Simonyan bildirib ki, altı yaşlı qızı artıq müharibə haqqında məlumatlıdır və “Müqəddəs Georgi” lentini taxır. Təbliğatçının sözlərinə görə, uşaq hətta 9 may üçün lenti oyuncağına da bağlayıb.

Əli Babayev