Azərbaycanla Keniya arasında anlaşma memorandumu imzalanıb

20 May 2026 09:49 (UTC+04:00)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Keniyanın Torpaq, İctimai İşlər, Mənzil və Şəhərsalma Nazirliyi arasında anlaşma memorandumu imzalanıb.

SİA xəbər verir ki, sənəd Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) çərçivəsində imzalanıb.