Esvatini Kralı Bakı Ali Neft Məktəbində olub

20 May 2026 09:31 (UTC+04:00)

Esvatini Kralı III Msvatinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbinİ (BANM) ziyarət edib.

SİA xəbər verir ki, qonaq əvvəlcə BANM-in kampusu, müasir tədris infrastrukturu, laboratoriyaları və tələbələr üçün yaradılmış innovativ təhsil mühiti ilə tanış olub.

BANM-in rektoru Elmar Qasımov Kral III Msvatiyə Ali Məktəbin fəaliyyəti, beynəlxalq əməkdaşlıqları, təhsil proqramları və tələbələrin əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib.

Daha sonra qonaq BANM-in tələbə və əməkdaşları ilə görüşüb.

Görüşdə çıxış edən E.Qasımov bu görüşün Ali Məktəb üçün tarixi əhəmiyyət kəsb etdiyini bildirib.

III Msvati çıxışında BANM-in müasir infrastrukturu və innovativ tədris mühitini yüksək qiymətləndirib. O, gələcəkdə Esvatinidən olan tələbələrin də Ali Məktəbdə təhsil almalarının vacibliyini vurğulayaraq bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Görüşün yekununda III Msvatiyə BANM-in "Fəxri qonaq" diplomu təqdim olunub.

Daha sonra Esvatini Kralı Ali Məktəbin xatirə kitabına təəssüratlarını yazıb.