Suriyanın paytaxtı Dəməşq şəhərində baş verən güclü partlayış nəticəsində azı 18 nəfər yaralanıb. Suriyanın SANA dövlət xəbər agentliyinin məlumatına görə, xəsarət alanların hamısı dərhal xəstəxanaya yerləşdirilib. Suriya Müdafiə Nazirliyi isə insident nəticəsində bir hərbçinin həlak olduğunu açıqlayıb.
Bildirilib ki, ərazidə minalanmış avtomobil partladılıb. Hüquq-mühafizə orqanları dərhal hadisə yerini mühasirəyə alıblar.
Mətləb