“Barselona” 100 milyon avroluq transferdən niyə çəkinir?

19 May 2026 22:28 (UTC+04:00)

“Barselona” Erlinq Haalandın transferi ilə bağlı istəkli görünsə də, bu barədə qəti addım atmağa tələsmir. İspaniyalı jurnalist Serxio Qonsalesin məlumatına görə, Kataloniya klubu “Mançester Siti”nin hücumçusunu yüksək məbləğ qarşılığında transfer etməyə müsbət yanaşmır.

Bildirilir ki, prezident Joan Laporta heç bir futbolçu üçün birdəfəlik 100 milyon avrodan artıq məbləğ ödəməyi planlaşdırmır. Klub yalnız ödənişin hissə-hissə həyata keçiriləcəyi variantları nəzərdən keçirir.

Mətləb