ABŞ prezidenti Donald Tramp yenə İranı hədələyən açıqlama ilə çıxış edib. Ağ Ev rəhbəri jurnalistlərlə söhbətində rəsmi Tehrana 2-3 gün vaxt verdiyini bildirib. Bununla yanaşı, Donald Tramp İranla bir də müharibə etməyəcəyinə ümid etdiyini diqqətə çatdırıb. SİTAT: “Amma onlara daha böyük zərbə vurmalı ola bilərik. Hələ əmin deyiləm. Çox tezliklə biləcəksiniz”.
Mətləb