Mən Esvatinidənəm, yəni Esvatini Krallığından. Burada öz şəhərimi - Mangayane Town Board-u təmsil edirəm.
SİA xəbər verir ki, bu sözləri Esvatini vətəndaşı David Maconda Madlopha deyib.
Onun sözlərinə görə, bu konfransa qatıldığım üçün çox məmnunam:
” Tədbir həqiqətən möhtəşəmdir. Hazırlıq səviyyəsi, təqdim olunan məlumatlar, sərgilər, koordinasiya, inteqrasiya, eləcə də yaradılmış şərait çox yüksək səviyyədə təşkil olunub. Hər şey olduqca rahat və səmərəli şəkildə təşkil edilib və mən bundan çox razıyam.
Burada artıq insanların həyatına birbaşa təsir edən çox vacib məsələlər müzakirə olunub. Çünki biz burada insanlar üçün, gələcək üçün və gələcək nəsillər üçün şəhərlər qurmaq məqsədilə bir araya gəlmişik.
Forum çərçivəsində müxtəlif strategiyalar, ideyalar və modellər paylaşmışıq. Eyni zamanda müxtəlif problemlər də müzakirə olunub. Maraqlı məqamlardan biri odur ki, bir ölkənin qarşılaşdığı problemi başqa bir ölkə daha əvvəl yaşayıb və artıq onun həllini tapıb. Bu baxımdan burada həm həll yolları əldə edirik, həm də öz təcrübəmizi paylaşırıq.
Biz öz ölkəmizə çox dəyərli məlumat və təcrübələrlə qayıdacağıq, eyni zamanda burada öz bilik və təcrübəmizi də bölüşürük.
Ölkəyə gəldikdə isə, Azərbaycan həqiqətən çox gözəl ölkədir”.