Rusiyada nikah yaşının azaldılması təklif edilib...

19 May 2026 19:14 (UTC+04:00)

...O, həmçinin “gənclik” anlayışının 39 yaş və yuxarıya qədər genişləndirilməsi ideyasını tənqid edərək, bunu ailə quruculuğunu gecikdirdiyinə görə demoqrafik göstəricilərə dağıdıcı adlandırıb.

SİA xatırladır ki, hazırda Rusiyada gənclər 35 yaşdan kiçik vətəndaşlar kimi müəyyən edilir.

Demoqrafiya, Miqrasiya və Regional İnkişaf İnstitutunun Müşahidə Şurasının sədri Yuri Krupnov dövlətin nikah yaşını artırmaq əvəzinə tədricən azaltmalı olduğunu bildirib.

Onun fikrincə, bu, milli prioritetdir.

Milli Xəbər Xidmətinə verdiyi müsahibədə ekspert həmçinin "gənclik" üçün yaş həddini 39 yaş və yuxarıya qədər genişləndirmək təşəbbüslərini tənqid edərək, belə bir tendensiyanın insanları ailə qurmağı və uşaq sahibi olmağı təxirə salmağa təşviq edəcəyini, eləcə də bunun demoqrafik proseslərə ciddi zərər verəcəyini xəbərdar edib.

Hazırda Rusiyada gənclər rəsmi olaraq 35 yaşdan kiçik vətəndaşlar kimi müəyyən edilir.

Əli Babayev