“8118” — Cin və Araşdırma Filmi

19 May 2026 16:15 (UTC+04:00)

Mistik və qorxulu janrında çəkilən “8118” cin və araşdırma filmi 30 may saat 19:00-da Nizami Kino Mərkəzi-də möhtəşəm təqdimat nümayişi ilə izləyicilərinin görüşünə gəlir.

Filmin ideya müəllifi, ssenarisi və quruluşçu rejissoru Murad EME dir.

Filmdə tanınmış aktyorlar — Elşad Zarafatsız, Gülçöhrə Abdullayeva, Fatimə Əliyeva, Elanur Abbasova, Murad Adiloğlu, Qalib Hüseynov və başqaları rol alıblar.

Qorxu və sirrlə dolu hadisələri özündə birləşdirən filmin 30 faizini qrafika təşkil etdiyi üçün, iki ay davam edən çəkiliş prosesindən sonra ərsəyə gəlib. “8118” filmi 30 maydan etibarən müxtəlif festivallarda da nümayiş olunacaq.

30 may | Saat 19:00, Nizami Kino Mərkəzi

Mistik və qorxu dolu bu ekran əsəri öz izləyicilərini səbirsizliklə gözləyir!