İsrail donanmasının Qəzza zolağının cənubundakı Xan Yunis şəhəri sahillərində açdığı atəş nəticəsində 2 fələstinli balıqçı yaralanıb.
SİA xarici mətbuata istinadən xəbər verir ki, İsrail donanmasının Qəzza zolağının cənubundakı Xan Yunis şəhəri sahillərində açdığı atəş nəticəsində 2 fələstinli balıqçı yaralanıb.
İsrail Qəzzada 10 oktyabr 2025-ci ildə əldə olunan atəşkəsi pozmaqda davam edir.
Qəzzadakı Nasir Xəstəxanasının rəsmilərindən verilən məlumata görə, İsrail hərbi katerlərinin Xan Yunis sahillərində fələstinli balıqçılara məxsus qayıqlara atəş açması nəticəsində yaralanan 2 balıqçı xəstəxanaya çatdırılıb.
Digər tərəfdən, İsrail hərbi təyyarələrinin gecə saatlarında Xan Yunisin şimal-qərbində yerləşən Karara əl-Məvasi bölgəsində məcburi köçkün fələstinlilərin qaldığı çadır düşərgələrinin yaxınlığındakı ərazini hədəfə aldığı qeyd olunub.
Lətifə Abdıyeva