“Cəmiyyətə geniş yayılmış baloniya sistemi gəldi. Bu metodoloji bir yanlışlıqdır ki, insanlar prosesi bilmədən sadəcə olaraq sistemi günahkar çıxarırlar. Yəni baloniya sisteminin günahkar çıxarılması yanaşmasında metodoloji yanlışlıq dayanır. Problem sistemin özündə deyil, Azərbaycanda mexaniki və formal tətbiqindədir. Keyfiyyət dəyişikliyinin əsas səbəbləri və baloniya prosesi ilə əlaqəsi fikrimcə, bir neçə aspektdən təhlil oluna bilər. Birinci tələbə yönümlü təhsilin səhv başa düşülməsidir”.
Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.
O bildirib ki, Boloniya prosesinin əsas fəlsəfəsini bilmədən onun haqqında fikir söyləmək hesab edirəm düzgün deyil. Bu sistemin əsas fəlsəfəsi müəllim mərkəzli təhsildən, tələbə mərkəzli təhsilə keçiddir. Lakin bizim yerli universitetlərdə bu tələb artıq sərbəstlik verilməsi, müəllim nüfuzunun zəifləməsi və qiymətləndirmənin humanistləşdirilməsi adı altında həm də bazar prinsiplərinə çevrilmə ilə nəticələndi. Tutaq ki, kəsirlərin pullu edilməsi və sair tələbəyə qaib yazılması və onun təkrar olaraq ödəniş müqabilində təkrar dərslərdə iştirakının məcburi olması qeyd etdiklərim sırasındadır. Həmçinin burada məzmunun köhnəlməsi və formanın dəyişməsi də mühüm amildir. Universitetlər tədris proqramlarının məzmunu müasirləşdirilmədən sadəcə qiymətləndirmə mexanizmini və saatları dəyişdilər.
Bütövlükdə sistem tələbələrdə fundamental bilik qazanmaq yox, sadəcə bal toplamaq, hansı ki, 50 ballıq sistem tətbiq olunur və imtahandan keçmək yarışına çevrildi. Eyni zamanda müstəqil iş saatlarının səmərəsizliyinə də diqqət çəkmək istəyirəm. Baloniya sistemində auditoriya saatları azaldılır, sərbəst iş saatları artırılır. Avropa təcrübəsində tələbə vaxtı həmin auditoriya saatlarının azalması hesabına əldə edilmiş vaxtı kitabxanada araşdırma ilə keçirir. Azərbaycanda isə müstəqil iş mexanizmi qurulmadığı üçün bu saatlar tələbələr tərəfindən sadəcə boş vaxt kimi istifadə olunur və təbii ki, ümumi bilik səviyyəsini aşağı salır. Rəhbərlik etdiyim təşkilat Avropa Gənc Alimlər Şurasının tam hüquqlu üzvü olduğum üçün mən hər il Avropanın demək olar ki, bütün ölkələrində ən nüfuzlu universitetlərdə prosesləri izləmişəm. Səfərlərim zamanı bizi universitetlərlə tanışlığa aparıblar və gördüyüm nə olub? Azərbaycanda tələbələrin boş vaxtını siz də müşahidə etmisiniz və son dövrlərin trendi tutaq ki, universitetlərin daha çox məskunlaşdığı Elmlər Akademiyası metrostansiyas ki, parklarda, tələbələrin voleybol oynayaraq vaxtını boş boşuna keçirmələri və yaxud o parkı ətrafında cürbəcür xoşagəlməz davranışlarını müşahidə etmişik. Bu tələbənin bu qədər boş vaxtı hardadır? Avropa universitetlərində olarkən görmüşəm ki, tələbə ya auditoriyadadır və günün əksər vaxtı kitabxanadadır. Amma Azərbaycanda bunlar, sillabuslar formal xarakter daşıyır. Ölkəmizdə Qərbdə tələbənin fərdi inkişaf planı olan sillabuslar bizdə əksər hallarda müəllimlərin formal olaraq yazdığı və real tədrislə üst üstə düşməyən sənəd yığımından başqa bir şey deyil. Baloniya bütövlükdə baloniya sistemi günahkar deyil. Mən ona izah eləmək istədim və yanaşmada da ona toxundum. Baloniya sisteminin dəyişdirilməsi ilə bağlı real müzakirələr həm Avropa səviyyəsində, həm də regional kontekstdə ciddi yenilənmə və transformasiya müzakirələri gedir. Heç bir ölkə tamamilə sovet dərslik sisteminə qayıtmağı düşünmür, lakin sistemin çatışmamazlıqları təbii ki, müzakirə mövzusudur, islahat obyektidir və s. Bütövlük
baloniya sisteminin qlobal və regional islahatları təbii ki, müzakirə mövzusu ola bilər. Avropa trendləri nədir? Yenidən kalibrləşmə? 2024-2027-ci illəri əhatə edən yanaşmadır. Mikrokreditlər eyni zamanda süni intellekt adaptasiyası, onlar Avropanın trendləridir. Amma regional reallıqlara diqqət yetirmək lazımdır. Regional reallıqlar nədən ibarətdir? Formal kredit yarışından imtina, eyni zamanda Rusiya və regionda milli model və diplomların avtomatik tanınması. Rusiya artıq bu yaxınlarda bal sistemindən imtina etdi. Mən düşünmürəm ki, təbii ki, onların seçimidir. Yəqin ki, onlar hansısa araşdırmalar nəticəsində bu qərara gələ bilər və hörmətlə yanaşmaq lazımdır. Amma mən düşünürəm ki, bu lazımlıdır, faydalıdır və onun təkmilləşdirilməsinə təbii ki, ehtiyac var. Avropada prosesin prosesə yeni əlavələrin və dəyişikliklər edilməsi, Avropa Universitetlər Assosiasiyası və Nazirlər Konfransının son qərarına əsasən sistem rəqəmsallaşma süni intellekt və yaşıl iqtisadiyyata uyğunlaşdırılır. Ən böyük yenilik mikrokreditlərin tətbiqidir. Tələbə artıq dörd il oxumaq məcburiyyətində deyil. Qısa modollarla kredit götürüb kredit toplayıb əmək bazarına daxil ola bilər. Eyni zamanda, burada regional fərqliliklər və daxili narazılıqlar var. Rusiya kimi bəzi postsovet ölkələri sisteminə rəsmən çatıldığını bəyan ediblər. Onlar milli modellər, yəni köhnə beş illik təhsil modelinə qayıdış, Azərbaycanda isə rəsmi qurumlar və təhsil insanları bütövlükdə sistemindən imtinanı deyil, onun daxili qaydalarının təkmilləşdirilməsini zəruri hesab edirlər ki, burada kəsir sistemi qiymətləndirən mexanizmidir.
Azərbaycan üçün ən optimal yol nə sovet sisteminə qayıtmaq, nə də Qərb modelini kor koranə kopyalamaq olmamalıdır. Ölkəmizdə hibrid və çevik milli model hesab edirəm ki, lazımdır və bu model bir neçə komponenti özündə birləşdirə bilər. Tutaq ki, burada üç plus iki modeli üzərində düşünmək mümkündür və hesab edirəm ki, mövcud dörd illik bakalavr təhsilinin ilk iki ili fundamental nəzəriyyə, son iki il isə tamamilə praktika və sənaye ilə inteqrasiyaya yönəlməlidir. Bəzi humanitar və texnoloji ixtisaslarda bakalavr pilləsi üç ilə endirilməlidir. Bu artıq Avropanın bir çox ölkələrində tətbiq olunur və uğurla tətbiq olunur və bu gənclərin əmək bazarına tez daxil olmasına kömək edər, onların zamanının ələ alınmasını aradan qaldıra bilər. Dual təhsil və Sənaye klasterləri bu Almaniya modelidir. Universitetlər birbaşa holdinqlər, dövlət qurumları və sənaye müəssisələri rəsmi partnyor olmalıdır. Tələbə həftənin üç günü universitetə nəzəriyyə keçirsə, iki günü universitetin partnyor şirkətində işləyərək keçirməlidir. Qiymətləndirməni təkcə müəllim deyil, həm də sənayedəki kuratorlar verməlidir. Eyni zamanda qiymətləndirmə sisteminin radikal dəyişməsinə hesab edirəm. Ehtiyac var yaddaş testlərinə əsaslanan 50 ballıq imtahan formatı birmənalı ləğv edilməlidir. Onun əvəzində layihə əsaslı öyrənmə və eyni zamanda kes stadi tətbiq olunmalıdır. Tələbə imtahanda sual cavablandırmamalı real biznes, mühəndislik və sosial problemi həll edən layihə müdafiə etməlidir. Almaniyada eynilə bu sistemdir və universitetlər Elm və Təhsil Nazirliyinin vahid platformalarından asılı olmamalıdır. Düşünürəm universitetlərə tam akademik fəaliyyəti verilməlidir. Hər bir universitet əmək bazarının cari tələbinə uyğun olaraq öz ixtisas proqramını sillabusunu 24 saat ərzində yeniləmək hüququna malik olmalıdır. Bizdə nədir? Universitet bütövlükdə proqramı dəyişmək istəyəndə bu hansı bürokratik maneələrlə rastlaşır və hansı problemlər yaşayır? Heç kimə sirr deyil. Eyni zamanda ömür boyu təhsil infrastrukturu inkişaf etdirilməlidir. Universitetlər yalnız 18, 25 yaşlı gənclər üçün olmamalıdır. Model elə qurulmalıdır ki, 40 yaşlı mütəxəssis də gəlib üç aylıq mikrokredit kursu keçərək qisasını dəyişə bilsin. Azərbaycanın təhsil gələcəyi beynəlxalq standartların qorunması, lakin daxili idarəetmə və tədris metodologiyasının milli iqtisadiyyatın tələbinə uyğunlaşdırılmasından keçir”.
İlhamə Nurəhmədova