Bakı-Tbilisi qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək

19 May 2026 13:33 (UTC+04:00)

Bakıdan Tbilisiyə sərnişin qatarlarına bilet satışı ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək.

Bu barədə SİA-ya "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, hazırda Bakı-Tbilisi-Bakı qatarının bərpası üzrə texniki və təşkilati məsələlərlə bağlı işlər aparılır.