“İqlimə uyğunlaşma və dayanıqlı inkişaf istiqamətində həyata keçirilən təşəbbüslər çərçivəsində 2029-cu il sədrliyi “Dayanıqlı və sağlam şəhərlər üzrə Qlobal Bəyannamə”ni irəli sürüb. Bu təşəbbüs yaşıl rəqəmsal fəaliyyətləri və “İqlim Fəaliyyəti üçün Dünya Su Təşəbbüsü”nü də əhatə edir. Qeyd olunub ki, bu yanaşmalar dayanıqlı şəhər inkişafı və iqlim risklərinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır”.
SİA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva WUF13 çərçivəsində keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər" adlı tədbirdə bildirib.
Bildirilib ki, IPCC tərəfindən hazırlanmaqda olan yeni qiymətləndirmə hesabatlarının 2029-cu ilə qədər təqdim olunması gözlənilir. Tədbirdə IPCC İşçi Qrupunun sədr müavini Dr. Xi-nin iştirakı xüsusi vurğulanıb və bu platformanın iqlim dəyişiklikləri və şəhərlər üzrə xüsusi hesabat ətrafında aparılan müzakirələr üçün vacib imkan yaratdığı qeyd edilib.
Çıxış zamanı texnologiya sektorunda sürətli inkişafın davam etdiyi, şəhərlərin isə bu inkişafın əsas mərkəzi olduğu bildirilib. Həmçinin qeyd olunub ki, World Meteorological Organization-nun 2025-ci ilin oktyabrında keçirilən fövqəladə konqres sessiyasında süni intellekt və maşın öyrənməsi texnologiyalarının ətraf mühitin monitorinqi və proqnozlaşdırılması sahəsində tətbiqinə dair birgə kodeks qəbul edilib.
Vurğulanıb ki, süni intellekt əsaslı texnologiyalar və innovativ enerji həlləri iqlim risklərinin idarə olunması, erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi və dayanıqlı şəhərlərin qurulması baxımından yeni imkanlar yaradır”.