“Şuşa rayonunun Böyük qala və Kiçikqaladərəsi kəndlərinə bu il ərzində sakinlərin köçürülməsinin planlaşdırıldığı bildirilib. Qeyd olunub ki, şəhərin özünə isə cari ildə köç nəzərdə tutulmur”.
SİA xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.
Məlumata əsasən, Turşsu qəsəbəsində bu il bərpa və yenidənqurma işlərinə başlanılması nəzərdə tutulur. Ümid edilir ki, gələn ildən etibarən qəsəbəyə mərhələli şəkildə köç prosesi həyata keçiriləcək.
Bundan əlavə, Daşaltı kəndinin turizm məkanı kimi inkişaf etdirilməsi planlaşdırılır və tikinti işlərinin bu il başlaması gözlənilir.