“İnvestisiyaların təşviqi məqsədilə sənaye və texnologiya parkları yaradılıb” - AYDIN KƏRİMOV

19 May 2026 11:15 (UTC+04:00)

“Şəhərlərin inkişafı ilə bağlı maliyyə resurslarının artırılması istiqamətində dövlət tərəfindən mühüm addımlar atılıb”.

SİA xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

Onun sözlərinə görə, son 15 il ərzində Azərbaycan dövləti tərəfindən infrastruktur və inkişaf layihələrinə təxminən 14 milyard dollar vəsait ayrılıb:

”Bununla yanaşı, layihələrin daha geniş miqyasda həyata keçirilməsi üçün özəl investorların da prosesə cəlb olunmasına xüsusi diqqət yetirilib.

Bildirilib ki, investisiyaların təşviqi məqsədilə sənaye və texnologiya parkları yaradılıb, investorlar üçün əlverişli şərait formalaşdırılıb. Xüsusilə iri həcmli investisiya imkanları təqdim olunaraq həm yerli, həm də xarici investorların bu layihələrdə iştirakına dəstək verilib. Məqsəd şəhərsalma və inkişaf prosesində dövlət və özəl sektor əməkdaşlığını gücləndirməkdir”.