Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyevin sədrliyi ilə Səhiyyə Nazirliyinin Antidopinq İntizam Komitəsinin iclası keçirilib. İclasda idmançılar tərəfindən daxil olmuş müraciətlər əsasında dopinq qayda pozuntuları ilə bağlı məsələlərə baxılıb.
Dinləmələr Dünya Antidopinq Kodeksinin tələblərinə uyğun olaraq, bütün maraqlı tərəflərin iştirakı ilə açıq, şəffaf və obyektiv şəkildə aparılıb. Müzakirələr zamanı təqdim olunmuş materiallar hərtərəfli araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Antidopinq İntizam Komitəsinin tərkibinə bu sahə üzrə ölkənin aparıcı tibb mütəxəssisləri və hüquqşünasları daxildir.