"Ay ulduzlular" DÇ - 2026 üçün hazırdır - heyətdə kimlər var?

19 May 2026 02:19 (UTC+04:00)

Türkiyə Futbol Federasiyası (TFF) 2026-cı il dünya çempionatı üçün milli komandanın geniş heyətini elan edib. SİA xəbər verir ki, bu barədə TFF saytı məlumat yayıb. Açıqlanan ilkin siyahıda 35 nəfər futbolçunun adı yer alıb.

Qapıçılar: Altay Bayındır, Ərsin Dastanoğlu, Mərt Günok, Muhammed Şengezer, Uğurcan Çakır.

Müdafiəçilər: Abdülkərim Bardakcı, Ahmetcan Kaplan, Çağlar Söyüncü, Ərən Elmalı, Ferdi Kadıoğlu, Merih Demiral, Mərt Müldür, Mustafa Eskihellaç, Ozan Kabak, Samet Akaydın, Yusuf Akçiçek, Zəki Çelik.

Yarımmüdafiəçilər: Atakan Karazor, Demir Ege Tıknaz, Hakan Çalhanoğlu, İsmail Yüksək, Kaan Ayhan, Orkun Kökçü, Salih Özcan, Aral Şimşir, Arda Güler, Barış Alper Yılmaz.

Hücumçular: Can Uzun, Deniz Gül, İrfan Can Kahveci, Kənan Yıldız, Kərəm Aktürkoğlu, Oğuz Aydın, Yunus Akgün, Yusuf Sarı.

Qeyd edək ki, futbol üzrə Türkiyə yığması dünya çempionatında yer aldığı D qrupunda ABŞ, Paraqvay və Avstraliya yığmaları ilə üz-üzə gələcək.

Mətləb