Türkiyədə restorana silahlı hücum olub, 4 nəfər öldürülüb

19 May 2026 00:04 (UTC+04:00)

Türkiyədə insan ölümü ilə nəticələnən növbəti silahlı insident yaşanıb. Türkiyə mediasının yazdığına görə, Mersin vilayətinin Tarsus rayonunda restorana silahlı hücum olub. Məlumata görə, silahlı hücum nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb. Türkiyə hüquq-mühafizə orqanları hadisəni araşdırırlar.

Mətləb